Kuba hökuməti ötən həftə sui-qəsdə məruz qalan Yaponiyanın keçmiş Baş naziri Sindzo Abenin ölümü ilə bağlı matəm elan edib.
Azpost.info xəbər verir ki, ölkədə hərbi və dövlət qurumlarında bayraqlar yarıya endiriləcək. Prezident Migel Diaz-Kanel hücumu pisləyib.
Yerli mətbuatının məlumatına görə, Sindzo Abe Kubaya səfər edən ilk Yaponiya lideri olub. Abe 2016-cı ildə Kubada Fidel Kastro ilə tanış olub və onun ölümündən sonra Kuba inqilabının liderini görkəmli şəxsiyyət adlandırıb.
Azpost.info