Bakının Yasamal rayonunda külək iki mərtəbəli evin dam örtüyünü uçurub.
APA xəbər verir ki, hadisə Mirzə Cabbar Məmmədzadə küçəsində baş verib.
Güclü külək nəticəsində Mirhəsən Həsənzadəyə məxsus ikimərtəbəli yaşayış evinin dam örtüyü uçub.
Uçan dam örtüyü qonşuya məxsus həyətə, digər hissəsi isə küçədə yerləşən elektrik dirəyi və naqillərə çırpılıb. Nəticədə küçədə yerləşən evlər elektrik enerjisiz qalıb.
Hadisə nəticəsində xəsarət alan olmayıb.