Kürdəmirin bir kəndində virusa tutulanların sayı 21-ə çatıb.
Rayonun Sığırlı kəndində 21 nəfərdə virus aşkarlanıb.
Kürdəmir Rayon İcra Hakimiyyəti başçısının müavini Ağəli Kərimli bildirib ki, indiyə kimi rayon üzrə koronavirusa 67 yoluxma faktı qeydə alınıb. Onlardan 17 nəfər sağalaraq evə buraxılıb. Əsas yoluxma Sığırlı kəndində qeydə alınıb – 21 fakt. Bundan başqa, Kürdəmir şəhərində 20, Yenikənd kəndində 8, Atakişilər kəndində 7, Qağaçılı kəndində 3, Qarşıdakı kəndində 3, Şüşün kəndində 3, Topalhəsənli kəndində 1, Şahsevən kəndində də 1 nəfərdə koronavirus aşkarlanıb.
Ağəli Kərimlinin sözlərinə görə, hazırda Sığırlı kəndi istisna olmaqla, rayonun digər ərazilərində son günlərdə insanlarda virus aşkarlanmayıb: “Sığırlı kəndində də vəziyyət tam nəzarətə götürülüb. Belə ki, virusa tutulanların sayında hər gün azalmalar müşahidə olunur.
Ötən gün axşam saatlarından bu vaxta kimi 4 nəfərdə virus aşkarlanıb. Vəziyyətin stabilləşməsi üçün müvafiq qurumlar tərəfindən bütün zəruri tədbirlər görülür”. (APA)