Kürdəmir bazarında güclü yanğın olub –12 mağaza yanıb

Kürdəmirdə bazarda güclü yanğın baş verib.

Azpost.info APA-ya istinadən bildirir ki, hadisə rayonun H.Əliyev prospektində yerləşən bazarda qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyi Kürdəmir rayonunda baş vermiş yanğın barədə məlumat yayıb.

Nazirliyin yaydığı məlumata görə, hadisə zamanı ümumi sahəsi 12350 m² olan Bazar MMC-nin ərazisində 800 m² sahədə 12 mağaza yanıb. 11550 m² ərazi və 170 mağaza yanğından mühafizə olunub. Yanğın zamanı xəsarət alan olmayıb.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.​

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Uşaq pulu kimlərə və necə verilməlidir? –

Sonrakı məqalə

İsrail ordusu Livana raket zərbələrini dayandırıb