İsrail ordusu Livana raket zərbələrini dayandırıb

İsrail ordusunun artilleriyası “Hizbullah” hərəkatının raket atışlarına cavab olaraq Cənubi Livan ərazisinə zərbələr endirilməsini dayandırıb.

Bu barədə “Al Mayadeen” telekanalı məlumat yayıb.

Məlumata görə, iki saata qədər davam edən İsrail zərbələri nəticəsində bir sıra bölgələrdə yanğın baş verib. Bildirilir ki, İsrail hərbçiləri yaşayış məntəqələrinə atəş açmayıb. Bununla belə, Livanın sərhəd bölgələrində İsrailə məxsus pilotsuz uçan aparatlar görünərək, kəşfiyyat xarakterli uçuşlar aparıb.

Livan ordusu qərargahının kommünikesində qeyd olunur ki, digər tərəf Maron-ər-Ras, Aytrun və Yarun şəhərlərinə 100-dən çox raket zərbəsi endirib. (APA)

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Kürdəmir bazarında güclü yanğın olub –

Sonrakı məqalə

Tarix elmləri namizədi olan Prezident –