Kürdəmirdə iki avtomobil toqquşub- 4 nəfər ölüb, 3 nəfər xəsarət alıb

Kürdəmirdə ölümlə nəticələnən ağır yol qəzası baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün Ağsu-Kürdəmir-İmişli avtomobil yolunun Kürdəmir rayonunu Sor-Sor kəndindən keçən hissəsində qeydə alınıb.

İmişli rayon sakini, 1966-cı il təvəllüdlü Abbas Kərim oğlu Kərimovun idarə etdiyi  “Mercedes” markalı avtomobillə Kürdəmir rayon sakini, 1983-cü il təvəllüdlü Ceyhun Sabir oğlu Piriyevin idarə etdiyi “Nissan” markalı maşın toqquşub. 

Nəticəsində 4 nəfər ölüb 3 nəfər isə xəsarət alıb.

Xəsarət alanlar Kürdəmir Mərkəzi Rayon Xəstəxanaya yerləşdiriliblər.  

Faktla bağlı araşdırma aparılır.                          

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Rusiyada son sutkada 10 581 nəfər koronavirusa yoluxub

Sonrakı məqalə

Qazaxıstan Senatına yeni sədr seçilib