Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Katogriyasız

Kuryer müştərini aldadaraq ödənişi alıb qaçdı

User 18 Avqust 2025 - 10:20 (Last updated: 18 Avqust 2025 - 10:01)
Taksi

Taksi

Bakıda vətəndaş Turan Əhmədov kuryer xidməti ilə bağlı ciddi narazılıq bildirib. Onun sözlərinə görə, “Uber Azerbaijan” platformasında fəaliyyət göstərən Yango kuryeri sifariş üçün ödənişi qəbul etdikdən sonra ünvana qayıtmayıb və müştərini aldadaraq blok edib.

AzPost-a müraciət edən şikayətçi vurğulayır ki, hadisədən sonra kuryer ilə dəfələrlə əlaqə saxlamağa cəhd göstərilsə də, bütün zənglər və mesajlar cavabsız qalıb. Əhmədov hesab edir ki, bu kimi hallarda həm şirkətlərin, həm də dövlət qurumlarının məsuliyyəti mövcuddur.

Hüquqşünaslar bildirirlər ki, belə hallarda müştərinin hüquqları “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunla qorunur. Qanunvericiliyə əsasən, istehlakçı aldığı xidmətin keyfiyyətinə, şəffaf ödəniş şərtlərinə və müqavilə öhdəliklərinin yerinə yetirilməsinə dair təminat tələb etmək haqqına malikdir. Əgər ödəniş edilib, amma xidmət göstərilməyibsə, bu artıq istehlakçının aldadılması kimi qiymətləndirilə bilər.

Bundan əlavə, Cinayət Məcəlləsinin dələduzluqla bağlı müddəaları da qüvvəyə minə bilər. Belə ki, ödəniş alınıb xidmət göstərilməməsi, aldatma niyyəti sübuta yetirilərsə, kuryer barəsində cinayət işi açılması mümkündür.

Mütəxəssislər vətəndaşlara belə vəziyyətlərdə şirkətə rəsmi qaydada müraciət etməyi, nəticə əldə olunmazsa, müvafiq dövlət orqanlarına – xüsusilə də Daxili İşlər Nazirliyinə və Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə şikayət ünvanlamağı tövsiyə edirlər.

AzPost.az

Post navigation

Previous: Alyaskada Putinin təyyarəsinə benzin satmayıblar –
Next: Zamex kargo ilə bağlı narazılıq

Oxşar xəbərlər

valyuta
  • Katogriyasız

Bu günə olan valyuta məzənnələri

User 21 Oktyabr 2026 - 09:41
sabah uefa
  • Katogriyasız

“Sabah” “Borussiya”ya məğlub oldu – Çempionlar Liqası

User 20 Oktyabr 2026 - 23:24
zelenski uitkof
  • Katogriyasız

ABŞ Ukraynaya təhlükəsizlik zəmanəti verdi – Zelenski Rusiyaya təklifini açıqladı

User 20 Oktyabr 2026 - 22:28

xƏBƏR

Dava
  • Sosial

Bakıda qətl törətməkdə şübhəli bilinən şəxslər saxlanıldı – “Sabunçu Emin” və MMA döyüşçüsü

User 24 Oktyabr 2026 - 20:06
Bakıda ölümlə nəticələnən kütləvi dava ilə bağlı yeni detallar məlum olub. “Qafqazinfo” xəbər verir ki, qətli törədənlərin...
Read more about Bakıda qətl törətməkdə şübhəli bilinən şəxslər saxlanıldı – “Sabunçu Emin” və MMA döyüşçüsü
İlham Əliyev FIFA U-15 dünya çempionatının açılış mərasimini izləyir ilham aliyev forum
  • İdman

İlham Əliyev FIFA U-15 dünya çempionatının açılış mərasimini izləyir

User 24 Oktyabr 2026 - 19:48
Aydan Yerə baxsaydıq, nə görərdik? – Kosmosdan görünən heyrətamiz mənzər ay yer
  • Maraqlı

Aydan Yerə baxsaydıq, nə görərdik? – Kosmosdan görünən heyrətamiz mənzər

User 24 Oktyabr 2026 - 18:50
Azərbaycanın İƏT-ə üzvlüyünün pərdəarxası – 1991-ci ildə Dakarda nə baş verdi? dakar esas foto
  • Din

Azərbaycanın İƏT-ə üzvlüyünün pərdəarxası – 1991-ci ildə Dakarda nə baş verdi?

User 24 Oktyabr 2026 - 18:23
Payızda ağacların yarpaqları niyə saralır? – Elmi səbəb payız
  • Maraqlı

Payızda ağacların yarpaqları niyə saralır? – Elmi səbəb

User 24 Oktyabr 2026 - 18:15
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.