“Kənd təsərrüfatı üzrə peşə təhsilinə dəstək” layihəsi yekunlaşıb –FOTO

“Faiq” kənd təsərrüfatı məhsulları istehsalçılarının ictimai birliyi “Kənd təsərrüfatı üzrə peşə təhsilinə dəstək” mövzusunda tədbirlərin təşkili layihəsinin icrasını yekunlaşdırıb.

Quba rayonunda Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə icra olunan layihə çərçivəsində 7 tədbir keçirilib. Tədbirlərdə layihə rəhbəri Vaqif Həsənov layihənin məqsədi haqqında məlumat verərək yeniyetmələri kənd təsərrüfatı sahəsində yeni yaradılmış peşə və ixtisaslar haqqında məlumatlandırıb.

Layihənin eksperti iştirakçıların bu sahəyə maraqlarının artırılmasının əhəmiyyətindən danışıb. O, kənd təsərrüfatı üzrə peşə məktəbləri haqda məlumat verib, bu sahədə kadr hazırlığı işlərindən, həmçinin sahənin inkişafı və əhali arasında təbliğinin gənclərin məşğulluğunun təmin edilməsinə dəstək olacağından danışıb.

Layihə çərçivəsində keçirilən tədbirlərin iştirakçılarına sertifikatlar təqdim edilib.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.