Beyləqan rayon polis şöbəsi Azərbaycan ordusunun hərbi qulluqçusu, polkovnik Qadir Vəlişovu xuliqanlıq ittihamı ilə həbs edib.
Azpost.info–nun məlumatına görə, bu barədə Gununsesi.org-a polkovnikin yaxınları bildirib.
Gununsesi.org-un araşdırması zamanı bəlli olub ki, yaşadığı Beylaqan rayonuna qayıdan Vəlişov rayonda 13 hektar torpaq sahəsi və ferma üstündə yaranmış mübahisəyə görə CM-nin xuliqanlıq (221.3) maddəsi ilə həbs edilib. Yaxınları bu həbsin sifarişli olduğunu deyərək, ölkənin hüquq-mühafizə orqanlarından ədalət tələb edib.
Polkovnik Vəlişov Qadir Saday oğlu Ləltəpənin işğaldan azad olunması əməliyyatına rəhbərlik edib. Azərbaycan bayrağını Lələtəpəyə sancan hərbçi kimi tanınıb.
O, bu əməliyyat zamanı ağır yaralanıb.
Xatırladaq ki, 1986-cı ildə hərbi məktəbi bitirən Vəlişov Əfqanıstan müharibəsində döyüş yolu keçib. Qarabağ müharibəsi başlayan ilk gündən Silahlı Qüvvələrimizdə xidmət keçib,1994-cü ildə Füzuli istiqamətində ağır yaralanıb,1 il müalicə alandan sonra yenidən xidmətə qayıdıb. 15 ilə yaxın hərbi hissə komandiri işləyən polkovnik 2016-cı il aprel döyüşlərində də Talış istiqamətində snayper atəşi və minamyot partlayışından ağır yaralanıb. 8 aydan sonra yenidən xidmətə qayıdaraq, N saylı korpusda Döyüş hazırlığı şöbəsinin rəisi olub.
Daha sonra Naxcıvanski adına Hərbi litseyə rəis müavini təyin edilib,bir müddət rəis vəzifəsin icra edib 6 ay öncə Silahlı qüvvələrdən təxris olub.