Şəmkirdə piyadanın vurulması ilə nətəcələnən yol qəzası baş verib.
Hadisə Şəmkir-Kür yolunda qeydə alınıb.
Yolu keçmək istəyən 75 yaşlı Əsgər Quliyevi naməlum avtomobil vurub. Yaralı dərhal ərtafdakıların köməkliyi ilə xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.
Hadisə yerindən yayınan sürücünün saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirlərinə başlanılıb.
Faktla bağlı Şəmkir Rayon Polis Şöbəsində araşdırma aparılır.