Lənkəran-Astara Təhsil İdarəsinin müdiri nazir müavini təyin edilib

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müavini Anar İbrahimov oktyabrın 16-da Elxan Nəcəfovun Naxçıvan Muxtar Respublikası təhsil nazirinin müavini təyin edilməsi haqqında Sərəncam imzalayıb.

Elxan Nəcəfov həm də Naxçıvan Muxtar Respublikasının təhsil nazirinin səlahiyyətlərini müvəqqəti icra edəcək.

Qeyd edək ki, 1982-cildə Babək rayonunun Nehrəm kəndində anadan olan Nəcəfov Elxan Tarqulu oğlu bu təyinatadək Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdiri vəzifəsində çalışıb.

O bu gün kollektivə təqdim edilib.

Əvvəlki məqalə

“Rusiya-Çin münasibətləri dünyada sabitliyin artırılması üçün vacibdir”

Sonrakı məqalə

Qəzza ilə Misir arasındakı nəzarət-buraxılış məntəqəsi açılıb