Lənkəranda təkər sexində baş verən partlayışla bağlı cinayət işi başlanıb.
APA-nın məlumatına görə, mayın 3-də rayonun Şirinsu kəndində yerləşən avtomobil təmiri sexində qaynaqçı işləyən, rayonun Liman şəhər sakinləri Anar Ağakişiyev və Eldəniz Şükürov Azər Cəlalova məxsus “KamAz” markalı yük avtomobilinin təkərində qaynaq apararkən təkər partlayıb.
Hadisə nəticəsində A. Ağakişiyev hadisə yerində ölüb, E. Şükürov isə isə xəsarətlə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Lənkəran rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 124-cü (Ehtiyatsızlıqdan adam öldürmə) maddəsilə cinayət işi başlanıb, zəruri istintaq-tədbirləri davam etdirilir.