Lənkəranda həkimin mənzildən oğurluq edilib.
Hadisə rayonun Veravul kəndində qeydə alınıb.
Həmin kənddə yaşayan Lənkəran Mərkəzi rayon Xəstəxanasının həkimi Adil Əzimovun mənzilinə naməlum şəxslər basqın edib. Onlar həkimin evindən 45 min dollar və 3500 manat dəyərində qızıl-zinət əşyaları götürüblər. Ümumilikdə A. Əzimova 80 min manat ziyan vurulub.
Faktla bağlı Lənkəran rayon Polis Şöbəsində cinayət işi başlanıb.