Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

Lənkəranda alkoqolizm və narkomaniyaya qarşı tədbir keçirilib –

User 19 Sentyabr 2024 - 16:40 (Last updated: 21 May 2025 - 20:15)
len01

Demokratiya və İnsan Hüquqları Komitəsi İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirdiyi “Tütünçəkmə, alkoqolizm və narkomaniyaya qarşı mübarizə” adlı layihənin icrasını davam etdirir.

4 ay müddətində Lənkəran, Masallı, Yardımlı, Biləsuvar, Şamaxı rayonlarında və Bakı şəhərində həyata keçiriləcək layihənin məqsədi tütünçəkmə, alkoqolizm və narkotik vasitələrin orqanizmə tibbi təsirləri, tütün, alkoqol və narkotik asılılığı və onlara qarşı mübarizənin aparılması yolları haqda maarifləndirmədir .

Layihə çərçivəsində növbəti tədbir sentyabrın 13-də Lənkəran şəhərindəki “Luxe-Lənkəran” otelinin akt zalında keçirilib. 22 nəfərin iştirak etdiyi tədbirin təlimçiləri həkim-narkoloq Ayxan Bağırov və hüquq müdafiəçisi Nabat Qəniyeva idi.

Tədbir maarifləndirmə, müzakirələrdən ibarət olub. Həkim-narkoloq ilk vönbədə tütünçəkmənin və alkoqolizmin tibbi fəsadları haqda aşağıdakı mövzularla bağlı məlumat verib;

  • Tütünçəkmə və onun əsas mahiyyəti,
  • Tütünçəkmə səbəbindən yarana bilən xəstəliklər, Tütünçəkmədən imtina etməyin xeyri.
  • Alkoqolizm haqda ümumi məlumat
  • Alkol sərxoşluğu və törətdiyi fəsadlar
  • Alkoqolozmin törətdiyi fizioloji, orqanik və sosial fəsadlar.
  • Alkoqolizmin proqredientliyi, inkişafı və mərhələləri.
  • Qadınlarda və yeniyetmələrdə alkoqolizmin xüsusiyyətləri.
  • Alkoqolizmin müalicəsi (Farmakoloji və psixoterapiya).

Narkomaniya ilə bağlı mövzular isə bunlar olub;

  • Əsas anlayışlarin izahi
  • Narkomaniyanın tarixi
  • İnsanlar narkomaniya adlanan tora necə düşürlər?
  • Narkotiklərdən asıllıqın yaranma səbəbləri
  • Narkomaniyanin törətdiyi fəsadlar
  • Narkotik istifadə zamanı iynədən yoluxa bilinəcək xəstəliklər
  • Narkomnaiya ilə necə mübarizə aparılmalı
  • Narkomaniyadan əziyyət çəkənlərin xilası.
  • Narkotik vasitələrin prekursorlarının və analoqlarının apteklərdə bəzi vaxt reseptsiz satılması.

Təlimçi N. Qəniyeva slayd vasitəsi ilə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanunu”nu təqdimat edib.

Müzakirələr üçün şərait yaradılıb, suallara cavab verilib.

 

Post navigation

Previous: “Qələbəyə gedən yol” sənədli filminin təqdimatı keçirilib –
Next: Ursula fon der Lyayen sabah Kiyevə gəlir

Oxşar xəbərlər

soyuducu
  • Sosial

Pomidor, kartof, çörək… – Bu ərzaqları soyuducuda saxlamaq səhvdir

User 15 Noyabr 2026 - 15:08
gemi zerbe
  • Sosial

Göyərtəsində 13 Azərbaycan vətəndaşı olan gəmiyə PUA zərbəsi endirilib

User 15 Noyabr 2026 - 14:27
raket starsip
  • Sosial

İlon Masın “SpaceX”-i tarix yazdı – “Starship” kosmik gəmisini havada tutdu / VİDEO

User 15 Noyabr 2026 - 13:09

xƏBƏR

WhatsApp Image 2026-11-15 at 15.34.24 (1)
  • Mədəniyyət

Gəncədə V Kitab Sərgisinin açılış mərasimi olub

User 15 Noyabr 2026 - 16:42
V Gəncə Kitab Sərgisinin açılış mərasimi baş tutub. Açılış mərasimində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Kitab sənayesi şöbəsinin...
Read more about Gəncədə V Kitab Sərgisinin açılış mərasimi olub
Söyüdlü kəndinin boşaldılacağı iddiasına rəsmi cavab – Dezinformasiya yayıldı media aciqlama soyud
  • Media

Söyüdlü kəndinin boşaldılacağı iddiasına rəsmi cavab – Dezinformasiya yayıldı

User 15 Noyabr 2026 - 16:26
Gündüz fəhlə, gecə quldur… – Bakıda kassaları qarət edən dəstə necə ifşa olundu? oqrular esas
  • Araşdırma

Gündüz fəhlə, gecə quldur… – Bakıda kassaları qarət edən dəstə necə ifşa olundu?

User 15 Noyabr 2026 - 15:47
Qışda avtomobiliniz yolda qalmasın – Sürücülər bu 10 detalı yoxlamalıdır avto yaqisli hava
  • Maraqlı

Qışda avtomobiliniz yolda qalmasın – Sürücülər bu 10 detalı yoxlamalıdır

User 15 Noyabr 2026 - 15:24
Pomidor, kartof, çörək… – Bu ərzaqları soyuducuda saxlamaq səhvdir soyuducu
  • Sosial

Pomidor, kartof, çörək… – Bu ərzaqları soyuducuda saxlamaq səhvdir

User 15 Noyabr 2026 - 15:08
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.