Lənkəranda yol kənarında yeni doğulmuş körpə tapıldı

Lənkəran rayonun Liman şəhərində yol kənarında yeni doğulmuş körpə aşkar edilib.

Körpəni 1972-ci il təvəllüdlü Camal Mustafa oğlu Kazımov tapıb. Belə ki, Camal Kazımov heyvanları örüşə apardıqdan sonra evə qayıdarkən şəhərin M.Ə. Sabir küçəsində dəmir yol xəttinin yaxınlığındakı yaşayış olmayan həyətin qarşısında bağlama görüb.

Evdə yaşayış olmadığını bildiyi üçün qapı ağzına qoyulan kağızdan olan qutu onun diqqətini çəkib. Qutunu açanda içərisində qalın örtüyə bürünərək yatan körpənin olduğunu görüb.

Körpəni evə gətirib, yuduqdan sonra Daxili İşlər Nazirliyinin “102” zəng xidmətinə məlumat verib. Bundan sonra, körpə polis əməkdaşlarının iştirakı Lənkəran Rayon Mərkəzi Xəstəxanasının doğum şöbəsinə təhvil verilib.

Xəstəxanadan körpənin təxminən bir həftəlik qız uşağı olduğu bildirilir. Həkimin sözlərinə görə, körpənin vizual müayinəsi aparılıb, vəziyyəti orta ağırdır.

Xəstəxanaya daxil olanda temperaturu aşağı olub, bu səbəbdən də küveytə yerləşdirilib. Hazırda temperaturu normallaşıb, qida verilib.

Qeyd olunub ki, hazırda körpənin səhhəti həkimlərin tam nəzarətdədir. İlkin müayinələr zamanı körpədə hər hansı bir travma aşkar edilməyib. Gün ərzində zəruri müayinələrin aparılacağı bildirilir. Faktla bağlı araşdırma aparılır. (Report)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Putin hələ bir müddət karantin şəraitində yaşamalı olacaq” –

Sonrakı məqalə

Mağaza və restoranda ƏDV müştərilərə belə qaytarılacaq –