La Liqa iyunun 12-dən bərpa oluna bilər

Koronavirus pandemiyası səbəbindən dayandırılan İspaniya La Liqasının bərpa tarixi müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, La Liqa rəhbərliyi bununla bağlı klubları məlumatlandırıb.

Ölkə çempionatının iyunun 12-də qaldığı yerdən davam etdirilməsi planlaşdırılır. İspanlar UEFA-nın tələbi ilə avqustun əvvəlinə qədər La Liqanı bitirmək fikrindədirlər. Əgər koronavirusla bağlı vəziyyət imkan verməsə ehtiyat bərpa tarixi 19 iyun göstərilib. Oyunların cümə-şənbə-bazar günləri keçirilməsi nəzərdə tutulub.

Qeyd edək ki, İspaniya çempionatı XXVII turdan sonra dayandırılıb. Hazırda 58 xalla lider olan “Barselona” ən yaxın izləyicisi “Real”ı 2 xal qabaqlayır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Neftin qiyməti yenidən ucuzlaşdı

Sonrakı məqalə

İran səhvən öz logistika gəmisini raketlə vurduğunu təsdiqləyib –