Paşinyan Laçın yolu ilə bağlı Rusiyaya müraciət edib

“Ermənistan Rusiyadan Laçın dəhlizinin açılması məsələsində daha təsirli  addımlar gözləyir”.

Azpost.info xəbər verir ki, bunu hökumətin bugünkü iclasında Ermənistan Baş naziri Nikol Paşinyan bildirib.

Paşinyan Laçın yolu ilə bağlı regiona beynəlxalq missiyanın göndərilməsinin “zəruriliyini” deyib.

Qeyd edək ki, Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Şuşadan keçən Xankəndi-Laçın yolundakı etiraz aksiyası 25 gündür keçirilir. Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində etiraz aksiyası azərbaycanlı fəallar və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə təşkil edilib.

Azpost.info

Əvvəlki məqalə

Hava dəyişəcək, qar yağacaq

Sonrakı məqalə

Bakıda polis bağlı qapını açdı, içəridən dörd meyit çıxdı