“Laçın şəhəri və Zabux kəndi Azərbaycana qaytarılacaq” –PAŞİNYAN

“Laçın dəhlizinə alternativ yol çəkildikdən sonra keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətindən kənarda yerləşən ərazilər Azərbaycana qaytarılacaq”.
Azpost.info bildirir ki, bu barədə Ermənistanın Baş naziri Paşinyan bu gün keçirdiyi onlayn mətbuat konfrasında bəyan edib.
Paşinyanın sözlərinə görə, yeni marşrut Üçtərəfli Bəyanatda əks olunub. Baş nazir bildirib ki, yeni çəkilən yolun rus sülhməramlılarının nəzarətində olması üçün Rusiya ilə müzakirələr aparırlar.
Paşinyan deyib ki, Laçın şəhəri və Zabux kəndi Azərbaycanın nəzarətinə keçəcək. Bu ərazilərdə yaşayan ermənilər yaşayış evləri ilə təmin olunacaq.
Hazırda Laçından yan keçən yeni yol Azərbaycan tərəfindən çəkilir.
Əvvəlki məqalə

İdman müəllimi dənizdə boğulanı xilas edərkən batıb

Sonrakı məqalə

Şeyxülislam İƏT-in Baş katibi və üzv dövlətlərin turizm nazirləri ilə görüşüb –