Laçında qəzada həlak olan hərbçilər dəfn edilib

Laçında avtomobil qəzasında həlak olan gizir İsmayılov Həsən Ümid oğlu Gəncədə dəfn edilib.

Yol qəzasında həlak olan hərbi qulluqçunun nəşi əvvəlcə Gəncə şəhərində yerləşən evinə aparılıb. Onunla yaşadığı evdə vida mərasimi keçirilib.

Mərasimdən sonra gizir Həsən İsmayılov Gəncənin Şəhidlər Xiyabanında dəfin edilib. Dəfn mərasimində onun ailə üzvləri, hərbçi yoldaşları, şəhər icra hakimiyyətinin rəhbərliyi və şəhər ictimaiyyəti iştirak edib.

Laçında avtomobil qəzasında həlak olan hərbi qulluqçusu Axundov Səxavət Fərasət oğlu dəfn olunub.

Hərbi qulluqçu Xaçmaz rayonunun Sayad kəndinin qəbiristanlığında torpağa tapşırılıb.

 

Yanvarın 4-ü Laçın rayonunda çətin relyefli dağlıq ərazidə hərbi nəqliyyat vasitəsi qəzaya uğrayıb. Azərbaycan Müdafiə Nazirliyindən açıqlayıb ki, qəza nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları İsmayılov Həsən Ümid oğlu və Axundov Səxavət Fərasət oğlu həlak olublar. (APA)

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.