Bir neçə gün bundan əvvəl əməliyyat olunan Azərbaycan Liberal Partiyasının lideri, professor Lalə Şövkətin səhhəti yaxşılaşmağa doğru gedir.
Bu barədə “Qafqazinfo”ya onun oğlu Sidqi Şövkət məlumat verib. O bildirib ki, hazırda anası xəstəxana şəraitində müalicəsinə davam edir: “Xəstəxanadan evə nə zaman buraxılacağı hələ bilinmir. Vəziyyəti isə əməliyyatın ağırlığına görə adekvat şəkildə dəyişir”.
Qeyd edək ki, L. Şövkət yoğun bağırsağında yaranmış şişə görə əməliyyat olunub.