Latviya qanunsuz miqrantların kütləvi axını halında Rusiya və Belarusla sərhədi bağlaya bilər.
Azpost.info xəbər verir ki, bunu Latviya prezidenti Edqars Rinkeviçs Almaniyanın müdafiə naziri Boris Pistorius ilə görüşündə deyib.
Riqada keçirilən danışıqların mövzusu Belarusdan Latviya sərhədinə “hibrid hücumlar” təhlükəsi və Almaniyanın regionun təhlükəsizliyinin təmin edilməsində iştirakı olub.
Rinkeviçs bildirib ki, Latviya bütün lazımi tədbirləri görməyə, o cümlədən Belarus və Rusiya ilə sərhədi bağlamağa hazırdır, xüsusən miqrantların kütləvi axını halında.
Azpost.info