Latviya Ukraynaya bir milyon avroluq dron göndərəcək

Latviya yaxın vaxtlarda Ukraynaya istehsal etdiyi dronların ilk partiyasını göndərəcək.

Azpost.info xəbər verir ki, bunu Latviya Baş naziri Evika Silinya ukraynalı həmkarı Denis Şmıqalla keçirdiyi mətbuat konfransında bildirib.

“Tezliklə Ukraynaya milyon avroluq ilk dronları göndərməyi planlaşdırırıq. Pilotsuz təyyarələr sınaqdan keçirilib, ukraynalı həmkarlarımız onların döyüşdə yaxşı olduğunu etiraf ediblər”, – Silinya qeyd edib.

Hökumət başçısının sözlərinə görə, ölkə Ukrayna Silahlı Qüvvələrinə pilotsuz təyyarələrin göndərilməsi üçün ümumilikdə 9 milyon avro ayırmağa hazırlaşır. O, həmçinin əlavə edib ki, sursat təchizatının maliyyələşdirilməsinə 10 milyon avro ayıracaqlar.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.