Latviyanın İqtisadiyyat Nazirliyi rus dilindən imtina edir- Sentyabrın 1-dən

Sentyabrın 1-dən Latviyanın İqtisadiyyat Nazirliyi və onun tabeliyində olan qurumlar rus dilindən istifadəni dayandıracaq, müştərilər və mətbuatla ünsiyyətdə yalnız dövlət dilindən istifadə edəcəklər.

Azpost.info xəbər verir ki, bu barədə “Delfi” portalı nazirliyə istinadən məlumat yayıb.

“Digər Avropa ölkələrində olduğu kimi, Latviyada da dövlət qurumları və onların nümayəndələri yerli sakinlər və yerli media ilə ünsiyyətdə yalnız dövlət dilindən istifadə etməlidirlər. Əks halda, dövlət nəinki rus dilinin digər azlıqların dilləri ilə müqayisədə daha xüsusi statusunu tanıyır, həm də ikidilliliyin güclənməsinə töhfə verir. Bunu dəyişməyin vaxtıdır”, – İqtisadiyyat naziri İlze İndriksone bildirib.

Azpost.info

Əvvəlki məqalə

Bu gün görkəmli tarzən Qurban Pirimovun anım günüdür

Sonrakı məqalə

Darya Duqinanın qətlində daha bir Ukrayna vətəndaşını təqsirləndirilir