Lavrov CAR-da rəsmi səfərdədir- Prezident və XİN rəhbəri ilə görüşəcək

Rusiya xarici işlər naziri Sergey Lavrov Cənubi Afrika Respublikasına (CAR) rəsmi səfərdədir.

Azpost.info xəbər verir ki, onun CAR xarici işlər naziri Naledi Pandor və prezident Siril Ramafosa ilə görüşü nəzərdə tutulub.

Lavrov və Pandor sonuncu dəfə ötən ilin sentyabrında BMT Baş Assambleyası çərçivəsində görüşüblər.

CAR-ın Moskvadakı səfiri Mzuvukile Maketuka qeyd edib ki, hökumət avqustda keçiriləcək BRİKS sammitinə Rusiya prezidenti Vladimir Putinin gəlişini gözləyir. Səfir bunun COVID-19 pandemiyasının başlanmasından bəri ilk üz-üzə BRİKS sammiti olacağını vurğulayıb. Onun sözlərinə görə, tədbir respublikanın dörd ən böyük şəhərindən birində – Yohannesburq, Keyptaun, Pretoriya və ya Durbanda keçirilə bilər.

Azpost.info

Əvvəlki məqalə

Xəzərdə suitilər nə üçün ölüblər?

Sonrakı məqalə

Ötən il uşaqlara ən çox hansı adlar qoyulub?