Lavrov Gürcüstandakı etirazları “Maydan”la müqayisə etdi

“Gürcüstanda etirazlara səbəb olan “xarici agentlər” haqqında qanun layihəsi ölkədə hakimiyyətin zorla dəyişdirilməsi cəhdi üçün bəhanə idi. Tbilisidə olanlar isə Kiyevdəki “Maydan” hadisələrinə bənzəyirdi”.

Azpost.info xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

“Kiyev “Maydan”ına çox bənzəyir. Şübhəsiz ki, büdcəsinin 20 faizi həcmində xaricdən maliyyə alan qeyri-hökumət təşkilatlarının qeydiyyata alınması ilə bağlı qanun sadəcə olaraq, güc yolu ilə hakimiyyəti dəyişmək cəhdinə başlamaq üçün bəhanə idi”, – XİN rəhbəri bildirib.

Azpost.info

Əvvəlki məqalə

TƏBİB Bakıda atışmada yaralananların son durumunu açıqladı

Sonrakı məqalə

Bakı Yaşıllaşdırma Birliyinin direktoru vəzifəsindən azad edilib