“Rusiya hesab edir ki, İran və Azərbaycan arasında gərginlik müvəqqəti xarakter daşıyır və tezliklə həllini tapacaq”.
Azpost.info TASS-a istinadən bildirir ki, bu sözləri Rusiya XİN başçısı Lavrov İranlı həmkarı Hüseyn Əmir Abdullahianla keçirdiyi mətbuat konfransında deyib: “Biz ümid edirik ki, Bakı və Tehran arasında hazıkı gərginlik müvəqqətidir və tezliklə aradan qaldırılacaq”.
Lavrovun sözlərinə görə, bu çətinliyin aradan qalxması Rusiya, İran və Azərbaycanın iştirakı ilə üçtərəfli əməkdaşlığın inkişafına, o cümlədən beynəlxalq “Şimal-Cənub” nəqliyyat dəhlizi çərçivəisndə mühüm layihələrin reallaşdırılmasına kömək edəcək: “Biz problemlərin həlli üçün dostlarımıza kömək etməyə hazırıq”-deyə Lavrov bildirib.
Azpost.info