Lavrov Qarabağ məsələsinin həlli üçün lazım olan addımı açıqladı

31 Avqust 2021 - 16:54
“Dağlıq Qarabağla bağlı məsələnin tənzimləməsinə kömək etmək üçün hər iki tərəfin ritorikası ciddi şəkildə ölçülü-biçili olmalıdır”.
Azpost.info bildirir ki, bu sözləri Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ermənistanlı həmkarı Ararat Mirzoyanla keçirdiyi mətbuat konfransında bildirib.
“Bu, məsələnin tam və birdəfəlik tənzimlənməsi üçün şərait yaradacaq. Buna şübhə etmirəm“-deyə Lavrov vurğulayıb.
“Bizim mövqeyimizə gəlincə, liderlərimizin 9 noyabrda və 11 yanvarda imzaladıqları sənədlərə sadiqik. Burada söhbət prosesin dirçəldilməsindən yox, artıq imzalanmış sənədlərin yerinə yetirilməsindən gedir”-deyə Lavrov vurğulayıb.