Lavrov Türkiyənin Azərbaycanda hərbi baza yaradacağı barədə yayılan məlumatları şayiə adlandırıb

18 İyun 2021 - 13:30

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Türkiyənin Azərbaycanda hərbi baza yaradacağı barədə yayılan məlumatları şayiə adlandırıb.

APA-nın Moskva müxbirinin xəbərinə görə, bu barədə Rusiya XİN başçısı belaruslu həmkarı Vladimir Makeylə birgə mətbuat konfransında Türkiyənin Azərbaycanda hərbi baza yaratmasının mümkünlüyünə dair suala cavabında bildirib.

“Biz şayiələri şərh etmirik”, – deyə S. Lavrov vurğulayıb.