Rusiya xarici işlər naziri Sergey Lavrov və onun erməni həmkarı Ararat Mirzoyan arasında telefon danışığı olub.
Bu barədə Rusiya XİN-in mətbuat xidməti məlumatı yayıb.
Tərəflər İrəvan və Bakı arasında sülh müqaviləsinin parametrlərinin əlaqələndirilməsi də daxil olmaqla, üçtərəfli razılaşmaların həyata keçirilməsi üzrə işlərin tezliklə bərpa olunmasının vacibliyini müzakirə ediblər.