Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Katogriyasız

Layihəni uğurla tamamlayan iştirakçılara sertifikatlar təqdim olunub

User 06 Avqust 2024 - 11:20 (Last updated: 21 May 2025 - 20:15)
s01

Azərbaycan Respublikasının Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Sosial İş İctimai Birliyinin həyata keçirdiyi “Uşaq istismarına qarşı mübarizəyə dair sosial işin aparılması” layihəsinin yekun konfransı baş tutub. 

Yekun konfransın açılışını Birliyin icraçı direktoru Rəqsanə Nəsibova edib. O, günümüz üçün aktual mövzuya həsr olunan konfransın önəminə diqqət çəkib. Konfransın davamında  spikerlər sosial işçi Elvin Abdullayevin “Müəssisələrdə zorakılığa məruz qalmış uşaqlarla sosial işin təşkili”,  Fəridə Alışovanın isə “Uşaq istismarı zamanı sosial işçilərin öhdəlikləri və layihələrin yazılması zamanı diqqət olunmalı məqamlar” mövzularında  çıxışları dinlənilib.

Konfransın gedişində Birliyin İdarə Heyəti üzvü olan Sənan Ağayevin layihə ilə bağlı fikirləri yer alıb. Layihənin gedişində əldə olunan uğurlara toxunub. Spiker nitqini tamamlayarkən layihə zamanı yadda qalan məqamları video-çarx vasitəsi ilə konfrans iştirakçılarına çatdırıb. Konfransın sonunda sədr müavini Tural Mirzəyev layihənin gedişi və  gözlənilən nəticələrindən danışıb. Layihədə komanda işinə toxunan sədr müavini peşəkar mütəxəssislərin gələcək sosial işçilərə uşaq istismarına qarşı mübarizədə dəyərli məsləhətlər verdiyini, onları bu sahədə maarifləndirdiyini söyləyib. Layihə boyu qazanılan biliklərin bu istiqamətdə olan boşluqları dolduracağına ümidvar olduğunu bildirib.

Qeyd edək ki, 3 ay davam edən layihədə  20 nəfər sosial iş üzrə təhsil alan və məzun şəxslər seçilərək, onlara uşaq istismarı sahəsində psixoloji, hüquqi təlimlər keçirilib və xüsusi keyslər üzərindən izahlar verilib. Sonda layihəni uğurla tamamlayan iştirakçılara sertifikatlar təqdim olunub və xatirə şəkilləri çəkilib.

 

Post navigation

Previous: Türkiyə-Azərbaycan Universitetinə ixtisas seçimi aparılacaq
Next: SOCAR AQŞ-nin Bakı Qazma Məktəbi bp ilə Üçillik Müqavilə imzalayıb

Oxşar xəbərlər

valyuta
  • Katogriyasız

Bu günə olan valyuta məzənnələri

User 21 Oktyabr 2026 - 09:41
sabah uefa
  • Katogriyasız

“Sabah” “Borussiya”ya məğlub oldu – Çempionlar Liqası

User 20 Oktyabr 2026 - 23:24
zelenski uitkof
  • Katogriyasız

ABŞ Ukraynaya təhlükəsizlik zəmanəti verdi – Zelenski Rusiyaya təklifini açıqladı

User 20 Oktyabr 2026 - 22:28

xƏBƏR

ilham erdo susa01
  • Siyasət

İlham Əliyev və Ərdoğan Şuşa qalasında foto çəkdirdi

User 08 Noyabr 2026 - 17:44
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 8-də Şuşa qalası önündə...
Read more about İlham Əliyev və Ərdoğan Şuşa qalasında foto çəkdirdi
“Heç kimə imkan vermərik ki, aramıza girsin” – PREZİDENT ilham erdoqan metbuat beyanat
  • Siyasət

“Heç kimə imkan vermərik ki, aramıza girsin” – PREZİDENT

User 08 Noyabr 2026 - 16:37
Zakir Həsənov koronarirusa yoluxub – İlham Əliyev Ərdoğana dedi / VİDEO zakir hesenov
  • Sosial

Zakir Həsənov koronarirusa yoluxub – İlham Əliyev Ərdoğana dedi / VİDEO

User 08 Noyabr 2026 - 16:30
Şuşada İlham Əliyevin Ərdoğanla təkbətək görüşü keçirilib ilham erdoqan susa gorus
  • Siyasət

Şuşada İlham Əliyevin Ərdoğanla təkbətək görüşü keçirilib

User 08 Noyabr 2026 - 16:18
Azərbaycan və Türkiyə Prezidentlərinin mətbuat üçün  Bəyanatı – CANLI beyanat prez
  • Baş Yazı

Azərbaycan və Türkiyə Prezidentlərinin mətbuat üçün  Bəyanatı – CANLI

User 08 Noyabr 2026 - 15:36
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.