Lənkəranda itkin düşən balıqçının meyiti tapılıb

Lənkəranda itkin düşən balıqçının meyiti tapılıb
Lənkəranda itkin düşən balıqçının meyiti tapılıb

Lənkəranda itkin düşən balıqçının meyiti tapılıb

Lənkəranın Siyavar kəndinin Xəzər dənizi sahilində meyit aşkarlanıb.

AzPost APA-ya istinadən bildirir ki, tapılan meyitin bir müddət əvvəl itkin düşən balıqçılardan biri Nazim Abbasova aid olduğu qeyd olunur.

Məlumata görə, meyit bu gün saat 11 radələrində Astara rayonunun Şahağac kəndi ərazisində balıqçılar tərəfindən aşkarlanıb.

Xatırladaq ki, ötən gün səhər saatlarında balıq tutmaq məqsədilə Lənkəran rayonunun Siyavar kənd sakinləri 1984-cü il təvəllüdlü Mahmud Əbdüləli oğlu İbayev və 1968-ci il təvəllüdlü Nazim Səməd oğlu Abbasov dənizə çıxsalar da, geri dönməyiblər. Balıqçıların qayığının dumanlı hava şəraitinə görə istiqamətini dəyişdiyi ehtimal olunur.

Balıqçıların axtarışlarına Fövqəladə Hallar Nazirliyinin (FHN) Cənub Regional Mərkəzinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilasediciləri cəlb olunub.

Yaxınlarının verdiyi məlumata görə, sonuncu dəfə onların mobil nömrələrinə saat 02:00 radələrində və səhər saatlarında zəng çatıb, amma cavab verən olmayıb.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.