Lerikdə 5 bal gücündə zəlzələ olub

28 iyun 2024-cü il tarixində, yerli vaxtlar 07:43-də Lerik stansiyasından 27 km şərqdə Lerik rayonu ərazisində magnitudası 5 olan zəlzələ qeydə alınmışdır.

Bununla bağlı  AMEA-nın nəzdində xidmət göstərən Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilmişdir.

Zəlzələ episentrdə 5 bala yaxın, ətraf rayonlarda Lerik, Lənkəran, Astara, Yardımlı, Masallı və Cəlilabad rayonlarında 4 bal, digər rayonlarda isə 3 bal gücündə hiss olunmuşdur.

Zəlzələ ocağının dərinliyi 18 km-dir.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.