Azərbaycanda zəlzələ olub.
Bu barədə Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.
Yeraltı təkanlar saat 06:01-də Lənkəran stansiyasından 23 km qərbdə, Lerik rayonunda 3,6 maqnitudada qeydə alınıb.
Zəlzələ ocağı 19 kilometr dərinlikdə yerləşib.
Zəlzələ hiss olunmayıb.