Lerikdə torpaq sürüşməsi olub –VİDEO

Fövqəladə Hallar Nazirliyinə daxil olmuş məlumata əsasən, Lerik rayonunun Veri Əliabad kəndində bəzi yerlərdə torpaq sürüşməsi baş verib.

Fövqəladə Hallar Nazirliyinin (FHN) verdiyi xəbərə görə, nəticədə, kənddə yerləşən 3 ədəd fərdi yaşayış evinin istismarı üçün ciddi təhlükə yaranıb.

Bununla bağlı mütəxəssislərin verdiyi rəyə əsasən, sakinlərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə sürüşmə zonasında yerləşən evlərdə yaşayan ailələrin təhlükəsiz əraziyə köçürülməsi zərurəti yaranıb.

Qeyd olunanları nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi tərəfindən həmin evlərdə yaşayan ailələrin müvəqqəti yaşaması üçün 3 ədəd çadır ev qurulub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Ermənistan müsbət addım atsa, Cənubi Qafqaz sabitlik bölgəsi ola bilər” –

Sonrakı məqalə

İslam Əməkdaşlıq Təşkilatının baş katibi bu gün Azərbaycana gəlir