“Lider” televiziyası 1 saatlıq bağlandı –FOTO

“Lider” televiziya kanalının yayımı 1 saatlıq dayandırılıb.

“Report” xəbər verir ki, bununla bağlı Milli Televiziya və Radio Şurasının (MTRŞ) mayın 6-da keçirilən iclasında qərar qəbul edilib.

Qeyd olunub ki, 2020-ci ilin mayın 3-də “Lider” televiziyasının efirində yayımlanan “O qızı tapın” bədii filmində tütün məmulatından istifadə səhnəsinin aşkar şəkildə yayımlanması ilə “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikasının Qanununun 35.10-cu maddəsinin tələbləri pozulub.

Şura həmin Qanunun 23.1-ci maddəsini rəhbər tutaraq “Lider” televiziya kanalının efirində 7 may 2020-ci il tarixdə proqramların yayımının 1 saatlıq müddətədək (saat 11:00-dan saat 12:00-dək) dayandırılması haqqında qərar qəbul edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Milli Məclis Aparatı və İşlər İdarəsinin 80-dən çox əməkdaşı işdən çıxarılıb

Sonrakı məqalə

““Qara maskalı”ları kampaniyaya çevirmək olmaz”-