Litva Belarus üzərindən uçan təyyarələri qəbul etməyəcək

Litva hökuməti Belarus üzərindən uçan təyyarələri qəbul etməyəcəyini bildirib.

Litvanın Delfi xəbər portalının məlumatına görə hökumət habelə Belarus hava məkanından keçmək niyyətində olan təyyarələrin Litvadan qalxmasına qadağan qoyur.

Litva baş naziri İnqrida Şimonitenin sözlərinə görə bu qərar sərnişinlərin təhlükəsizliyi üçün qəbul olunub. Litva nəqliyyat naziri Maryus Skuodis deyib ki, bu qadağan hazırda günə 26 reysi əhatə edir.

Beləliklə, Litvadan və Litvaya uçan təyyarələr üçün yeni marşrutlat müəyəyn edilməlidir.

Bundan əvvəl Belarus üzərindən uçuşları həyata keçirməkdən Latviyanın airBaltic hava şirkəti imtina edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Qarabağda atəşkəs pozulmayıb, sülhməramlılara qarşı təxribat olmayıb –

Sonrakı məqalə

Uels yığmasının Bakıya gələcək heyəti açıqlanıb –