Litva əcnəbilərin işə götürülməsi prosedurunu sərtləşdirir

23947664_0_230_3078_1961_1920x0_80_0_0_d4925ede9fddbc19a0dcd1845da7b1f1

Litva əcnəbilərin işə götürülməsi prosedurunu sərtləşdirir.

Azpost.info xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

“Son vaxtlar yeni qeydiyyatdan keçmiş, lakin fəaliyyət göstərməyən şirkətlərin işə götürmək istədikləri əcnəbilərə yaşayış icazəsi almaq üçün müraciət etmələri tendensiyası müşahidə olunur. Faktiki olaraq, həmin şəxsləri başqa sahibkarlıq subyektlərinə köçürürlər”, – məlumatda bildirilir.

Yeni prosedura görə, saxta fəaliyyət aşkar edildikdə və ya ümumiyyətlə hər hansı fəaliyyətin olmadığı hallarda şirkətlər altı ay müddətində əcnəbiləri Litvada işləməyə dəvət etmək üçün müraciət edə bilməyəcəklər. Onlar həmçinin əcnəbi işçilər üçün yaşayış icazəsi üçün müraciətlərə qəbul edilməyəcəklər.

Azpost.info