“Liverpul” səfərdə “Kristal Palas”a qalib gəlib

Dekabrın 19-da futbol üzrə İngiltərə Premyer Liqasının 14-cü turuna start verilib.

Turun açılış görüşündə son çempion “Liverpul” səfərdə “Kristal Palas”ın qonağı olub.

Görüş “Liverpul”un 7:0 hesablı qələbəsi ilə başa çatıb.

Mersessayd təmsilçisinin heyətində Takumu Minamino, Sadio Mane, Roberto Firmino (2), Məhəmməd Salah (2) və Jordan Henderson fərqləniblər.

Bu qələbə sayəsində “Liverpul” xal ehtiyatını 31-ə çatdıraraq, turnir cədvəlində liderliyini davam etdirir. “Kristal Palas” isə 18 xalla 12-ci yerdə qərarlaşıb.

Turun ilk oyun günündə “Mançester Siti” səfərdə “Southemton” komandasının qonağı olacaq. “Everton” isə “Arsenal”ı qəbul edəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Uzun illər boyunca səhv etdiyimizi etiraf etməliyik” –

Sonrakı məqalə

Şair Füzulinin Füzuli şəhərinin mərkəzindəki heykəlinin qalıqları tapılıb –