“Uzun illər boyunca səhv etdiyimizi etiraf etməliyik” –Paşinyan Qarabağdakı məğlubiyyəti izah etdi

“Qarabağda müharibə Ermənistan üçün ağır nəticələr verib. Çox sayda həmvətənimiz həlak olub, Ermənistanda üç günlük matəm elan olunub. Son 84 gün, şübhəsiz ki, xalqımız üçün ən ağır günlərdəndir. Biz millət olaraq dəhşət yaşadıq və yaşayırıq”.

 Azpost.info Turan-a istinadən bildirir ki, bu sözləri Ermənistanın baş naziri Nikol Paşinyan şənbə günü xalqa müraciətində bildirib.

“Böyük bir sual ortaya çıxıb: bundan sonra nə etməliyik, bundan sonra necə yaşamalıyıq və hər şey niyə belə oldu? Mən baş verənlərə görə tam məsuliyyəti öz üzərimə götürdüm və xalqımızın çıxaracağı istənilən hökmü qəbul edəcəyəm”,- deyən baş nazir əlavə edib ki, bu, xalqı sakitləşdirə bilər, amma keçmişin təkrarlanmaması üçün nə baş verdiyini ciddi şəkildə başa düşməyə kömək etməyəcək.

Reallıqla üzləşmək və uzun illər boyunca səhv etdiyimizi, səhvlərimizin sistemli, konseptual, məzmunlu xarakter daşıdığını etiraf etməliyik. Bütün bunlar bizim dövlət institutlarımız üçün belə təhlükə yaradan nəticələrə gətirib çıxarıb”, – deyə Paşinyan bildirib.

O qeyd edib ki, baş nazir vəzifəsinə gələrkən bütün bunları başa düşürdü və vəziyyəti dəyişdirməyə çalışıb. “Amma indi daha çox əmin oluram ki, tarixin dönən çarxını dayandırmaq üçün, sadəcə olaraq, vaxt yox idi. Müqavimət ümidsiz idi, amma mənasız deyildi”, deyə o, sözünə davam edib.

Daha sonra o, Ermənistan-Azərbaycan dövlət sərhədinin bərpa edildiyi Sünik bölgəsi (Zəngəzur) ətrafındakı vəziyyətə toxunub. Bu, Ermənistan müxalifəti tərəfindən torpaqların verilməsi kimi qələmə verilir.

28 il əvvəl işğal edilmiş Zəngilan və Qubadlı torpaqlarının Azərbaycana qaytarılmasının səbibini izah edən Paşinyan onları saxlamağın mümkün olmadığını başa salıb. Müqavimət göstərilərsə, Azərbaycan ordusu onları alacaq və Sünikə daxil olacaq. Amma bu torpaqları könüllü olaraq verməklə, Ermənistan KTMT-dən Azərbaycanın daha da irəli getməyəcəyinə dair zəmanət alır.

“Bu gün artıq Rusiyanın sərhəd qoşunları və digər qüvvələri Sünikə tam həcmdə cəlb edilib və bu, təhlükəsizlik nöqteyi-nəzərdən tamamilə yeni vəziyyətdir”, -deyə Paşinyan bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

TƏBİB ittihamlara cavab verdi:

Sonrakı məqalə

“Liverpul” səfərdə “Kristal Palas”a qalib gəlib