Liviya sahillərində 50-dən çox miqrantı daşıyan qayıq çevrilib. AZƏRTAC xəbər verir ki, bu barədə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Liviya bölməsi məlumat yayıb. Məlumatda qayığın indiyədək tapılmadığı bildirilir.