Londonda yerləşən məscidin imamı bıçaqlanıb.
“Regents Park” ərazisində yerləşən London Mərkəzi Məscidində məscidin imamı namaz zamanı bıçaqlanıb.
Hadisə şahidlərinin verdiyi xəbərə görə, imama hücum edən şəxs namaz zamanı onun arxasında oturub. Daha sonra isə o, 70 yaşlarında olan imamın boyun nahiyəsindən bir neçə dəfə bıçaqlayıb. Polis imamın vəziyyətinin qənaətbəxş olduğunu və hadisənin terrorla əlaqədar olmadığını qeyd edib. (APA)
Polis imama hücum edən şəxsi həbs edib.