Belarus Prezidenti Aleksandr Lukaşenko ölkədə erkən Prezident seçkilərinin keçiriləcəyini istisna etməyib.
RİA Novosti-nin verdiyi xəbərə görə, Belarus Prezidenti bu barədə Rusiya mətbuat nümayəndələrinə verdiyi müsahibəsində deyib.
“Konstitusiya ilə bağlı islahata hazırıq, bundan sonra növbədənkənar prezident seçkilərini istisna etmirəm”, – deyə Aleksandr Lukaşenko bildirib. (APA)