Lukaşenko Belarusdakı nüvə silahı arsenalının necə qorunacağını- AÇIQLADI

Belarus ərazisində yerləşdirilən taktiki nüvə silahlarının arsenalını Rusiya Silahlı Qüvvələrinin hərbçiləri qoruyacaq.

Azpost.info xəbər verir ki, bunu Belarus prezidenti Aleksandr Lukaşenko bildirib.

Lukaşenko daha əvvəl qeyd etmişdi ki, əgər Qərb Minskə qarşı aqressiya nümayiş etdirsə, o zaman nüvə silahından çəkinmədən istifadə olunacaq.

Belarus lideri eyni zamanda vurğulayıb ki, bu cür silahlar ilk növbədə çəkindirmə məqsədi daşıyır və kiminsə taktiki nüvə silahının sahibinə hücum edəcəyini gözləməyə dəyməz.

Azpost.info

Əvvəlki məqalə

Azərbaycanda 500 min muzdlu işçinin bank hesabları yoxdur

Sonrakı məqalə

Milli Məclis Heydər Əliyevin 100 illiyi ilə bağlı Bəyanat qəbul edib