Belarus prezidenti Aleksandr Lukaşenko Roma Papası Fransiski ad günü münasibətilə təbrik edib.
Azpost.info xəbər verir ki, Lukaşenko regionda sülhün bərqərar olması üçün Minsk və Vatikanın birgə fəaliyyətinə ümid etdiyini deyib.
Lukaşenko Roma Papası Fransiski və onun nümayəndələrini Belarusa dəvət edib. Onun sözlərinə görə, Belarus və Vatikanın ən aktual beynəlxalq problemlərin həlli yollarına baxışı eynidir: “Dualara, dostluğa, bütün məsələlərlə bağlı açıq və dürüst dialoqa görə Roma Papası Fransiskə təşəkkür edir, ona cansağlığı, uzun ömür arzulayıram. Papa və nümayəndələrini Belarus torpağında görməkdən şad olaram”.
Belarus prezidenti onu da qeyd edib ki, üçüncü dünya müharibəsi təhlükəsi barədə ilk xəbərdarlığı edən pontifikin müdrikliyi və uzaqgörənliyinə heyrandır.
“Papanı eşitmədiklərinə, ona qulaq asmadıqlarına görə təəssüf hissi keçirirəm”, – Lukaşenko bildirib.
Azpost.info