Lukaşenko sensasiyalı açıqlama verdi, Moskvanı hədələdi:

“Vaqner qrupu xüsusi olaraq Belarusa göndərilib, İstanbul yalandır” 
04 Avqust 2020 - 15:17

Belarus Prezidenti Aleksandr Lukaşenko bu gün xalqa müraciətində bəyan edib ki, daha bir xarici hərbi döyüşçü dəstəsi ölkə ərazisinə daxil olub.

Azpost.info-nun məlumatına görə, Lukaşenko müraciətində bunun pis nəticələri barədə xəbərdarlıq edib. “Daha bir hərbi dəstə ölkənin cənubuna atılıb. Biz məhsul yığımı zamanı gərək onların dalınca qaçıb meşədə tutaq. Hamısını tutacağıq”-deyə Lukaşenko vurğulayıb.

Dövlət Başçısı bu günlərdə Belarusda həbs olunmuş Rusiyanın özəl “Vaqner” muzdlu dəstəsi ilə bağlı mühüm açıqlama verib. Onun sözlərinə görə, məlumatla bağlı internetdə yayılan nəticələrdən təəccüblənib. “Hətta onu da yazıblar ki, guya iki prezident bununla bağlı razılaşıb. Bu çox təhlükəli siqnaldır. Bu dəstənin İstanbula, Venesuelaya, Afrikaya, Liviyaya gedəcəyi ilə bağlı deylənlərin hamısı yalandır. Bu adamlar xüsusi olaraq Belarusa göndərilib. Onlar artıq bu barədə ifadə veriblər. Onlara gözləmə komandası verilib.  İstanbula bilet almaları barədə deyilənlər əfsanədir. Çünki onlar Rusiya sərhəddini keçərkən orada da, burada da İstanbula uçmaları barədə bileti təqdim etməli idilər.”

Lukaşenko həmçinin deyib ki, bu anlaşılmazdır: “İstanbula və hər hansı Afrika ölkəsinə Belarusdan niyə uçmalıdırlar? Onlar rahatca Novorossiyskdən, Krımdan uça bilrədilər. Belə yalanlara inanmayın”.

Lukaşenko bildirib ki, “Vaqner” qrupu istinataqa etiraf edib: “Biz bu uşaqlarla insani rəftar etdik, və gözlədiyimiz effekti aldıq. Onlar hər şeyi etiraf etdilər. Odur ki, KİV-də yalan danışmağı qurtarın. Biz-belaruslar, ukraynalılar, ruslar, polyaklar, yəhudilər doğma adamlarıq. Həmişə burada dinc yaşamışıq. Bura silah göndərməyin, vəziyyəti “barıt çəlləyinə” çevirməyin. Yoxsa Vladivastoka qədər ağır vəziyyət yaranacaq”.  

Azpost.info