Belarus lideri Aleksandr Lukaşenko zimbabveli həmkarı Emmerson Mnanqaqvaya Belarus traktoru hədiyyə edib.
Azpost.info xəbər verir ki, bu barədə “Sputnik Belarus” məlumat yayıb.
“Belarus Prezidenti Aleksandr Lukaşenko yanvarın 30-da Zimbabveyə dövlət səfərinə gəlib. Belarus lideri ölkədə alqışlarla qarşılanıb. Lukaşenko Zimbabve prezidenti Emmerson Mnanqaqva ilə danışıqlar aparıb. Görüşdən sonra o, Belarusun Zimbabveyə 66 milyon dollar dəyərində kənd təsərrüfatı texnikası tədarük edəcəyini bildirib”, – məlumatda bildirilir.
Azpost.info
