“Lukaşenkonu münaqişənin iştirakçısı olmaqdan əl çəkməyə çağırırıq”- NATO Baş katibi

“Belarus prezidenti Aleksandr Lukaşenkonu Minski Ukrayna münaqişəsinə cəlb etməyi dayandırmağa çağırırıq”.

Azpost.info xəbər verir ki, bunu NATO Baş katibi Yens Stoltenberq deyib.

Baş katibin sözlərinə görə, Şimali Atlantika Alyansının üzvləri bilirlər ki, Belarus Ukraynaya raket atmaq üçün plasdarm kimi istifadə olunub.

“Mən Lukaşenko rejiminin münaqişənin iştirakçısı olmaqdan əl çəkəcəyini gözləyirəm”, – Stoltenberq qeyd edib.

Azpost.info

Əvvəlki məqalə

“Rusiyaya məxsus aktivlərin Kiyevə verilməsi beynəlxalq səviyyədə quldurluqdur”

Sonrakı məqalə

Sabah hava necə olacaq?