Lukaşenkoya qarşı keçirilən aksiyaların koordinatoru Minskdə təyyarədə həbs edilib

-FOTO
23 May 2021 - 18:07
Minsk hava limanında Nexta Telegram-kanalının əsasını qoymuş Roman Protaseviç saxlanılıb. 
Azpost.info bildirir ki, bu barədə Belarusun mütəşəkkil cinayətkarlığa qarşı mübarizə Baş idarəsi məlumat verib. Bu Nexta kanalı ölkədə ekstemist kanal kimi tanınıb. Protaseviç terror ittihamı ilə axtarışda idi.
Afina-Vilnus reysi ilə uçan və içində Protasoviç təyyarənin Minskə məcburi enişi zamanı saxlanılıb. Təyyarədə olan sərnişinlərin sənədləri yoxlanarkən Protasoviç tutulub.
Təyyarə mina xəbərdarlığından sonra ekstren qaydada Minsk hava limanına enib. Salonda mina olması barədə məlumat təsdqilənməyib.
Polşada yerləşən Nexta kanalının sahibləri olan Stepan Putila və Roman Protaseviç “kütləvi iğtişaşların təşkili” maddəsi ilə ittiham olunurlar.
Nexta Belarusda ötən ilin yayında prezident seçkilərindən sonra başlanmış kütləvi aksiyaların koordinasiya edib.