Azərbaycanda bir gündə 219 nəfər koronavirusa yoluxub –717 nəfər sağalıb, 9 nəfər vəfat edib

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 219 yeni yoluxma faktı qeydə alınıb, 717 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 9 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 332 454 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 320 708 nəfər müalicə olunaraq sağalıb, 4 860 nəfər vəfat edib, aktiv xəstə sayı 6 886 nəfərdir.

Ölkədə son sutka ərzində 7 211, hazırkı dövrədək isə 3 453 244 test aparılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Putin Lukaşenko ilə Soçidə görüşəcək

Sonrakı məqalə

Lukaşenkoya qarşı keçirilən aksiyaların koordinatoru Minskdə təyyarədə həbs edilib