Mədəniyyət naziri Anar Kərimov koronavirusdan sağalıb

03 May 2021 - 11:33

Mədəniyyət naziri Anar Kərimov koronavirusdan (COVID-19) sağalıb.

Bu barədə Nazirliyin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Məryəm Qafarzadə deyib.

O bildirib ki, A.Kərimovun bu həftə karantin müddəti başa çatıb: “Nazirin səhhəti yaxşıdır və COVID-19 infeksiyası üçün götürülən son analiz nümunələrinin nəticəsi də neqativdir”. (APA)

M.Qafarzadə mədəniyyət nazirinin bu həftədən etibarən işə çıxdığını vurğulayıb.